Ən vacib məsələlərindən biri  

   

 

İsmayıllı Rayon İcra Hakimiyyətində başçı Nahid Bağırov  rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbulunu  keçirib. Qəbulda  vətəndaşlarn müraciətləri dinlənilib. Bir qayda olaraq müraciətlərin qeydiyyatı aparılıb. Müraciətlərdən bəzisi yerindəcə həllini tapıb.

Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi vətəndaşların diqqətinə çatdırılıb. Qaldırılan hər bir məsələ ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə şəxslərə ayrı-ayrılıqda tapşırıqlar verilib və yerlərdə vətəndaş müraciətlərinə daha diqqətlə yanaşılması tövsiyə olunub.

Başçı onu da bildirib ki, sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılması günün ən vacib məsələlərindən biridir.

Şərh Yaz