Lazımı tibbi xidmət göstərəcək  

   

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun Xəlilli kəndində səyyar qəbul keçirdiyi zaman kəndin sakinləri səyyar həkim xidməti ilə təmin olunmaları barədə RİH başçısına müraciət etmişdilər.

Çoxsaylı xahişləri nəzərə alan rayon rəhbərinin tapşırığına əsasən problem qısa müddətdə öz həllini tapıb. Kənd səyyar həkim xidməti ilə təmin edilib.

Artıq Qubaxəlilli kənd Ailə Sağlamlıq Mərkəzinin həkim briqadası hər həftənin 1-ci günləri Xəlilli, 2-ci günü Eyyubbəyli, 3-cü günləri isə Gəraybəyli kəndlərinin sakinlərinə lazımı tibbi xidmət göstərəcəkdir.

 

 

 

Şərh Yaz