Problemlərin həllinə operativ yanaşılmalıdır
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, onların müraciətlərini dinləyib.
Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və aidiyyəti məsul şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacibliyi bildirilib.