Vəzifələr layiqincə yerinə yetiriləcək  

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üzrə seçki qərargahının növbəti iclası keçirilib.

İclasda çıxış edən Yeni Azərbaycan Partiyasının İsmayıllı rayonu üzrə seçki qərargahının sədri Zaur Muradov qarşıda duran vəzifələrdən danışıb, təbliğat işinin təşkili və Tədbirlər Planında nəzərdə tutulmuş digər məsələlər barədə söhbət aparıb. YAP Mərkəzi Aparatı tərəfindən verilən tapşırıq və tövsiyyələri qərargah üzvlərinin diqqətinə çatdırıb.

Qərargah üzvləri sırasından çıxış edənlər partiya tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.

Şərh Yaz