Yeni təyinat       

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun müvafiq Sərəncamına əsasən I Qarabağ müharibəsinin II qrup əlili  Şirinov Sübhan Hətəm oğlu RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Şirinov Sübhan Hətəm oğlu 15 mart 1974-cü ildə İsmayıllı rayonunun Qalacıq kəndində anadan olub.

O, Azərbaycan Dövlət İqtisad İnstitutunun ümumi iqtisadiyyat fakültəsinin mühasibat uçotu və audit ixtisasını bitirib.

Ailəlidir, 2 övladı var. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

S.Şirinovu təyinat münasibəti ilə təbrik edir, ona yeni işində uğurlar arzulayırıq!

Şərh Yaz