Yeni ilin ilk qəbulu
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov özünün sosial şəbəkə səhifəsində 2025-ci ilin ilk qəbulunun keçirilməsi barədə paylaşım edib.
Rayon rəhbəri aidiyyəti idarə, müəssisə və digər xidmət təşkilatları məsullarının iştirakı ilə sakinlərlə keçirilən qəbulda müraciətlər dinlənilməsi və sakinlər tərəfindən qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə problemlərin həllinə operativ yanaşılması barədə tapşırıqlar verib.