Minnətdarlıqla yekunlaşan görüş 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov vətəndaşlarla növbəti səyyar qəbul-görüşü qrafikinə uyğun olaraq rayonun Qarakolluq kənd sakinləri ilə görüşüb.

Görüş qəbulda Azərbaycan Respublikası Milli Məclisinin üzvü Novruzəli Aslanov, RİH başçısının müavinləri Mahmud Süleymanov və Eyyub Musayev də iştirak edib.

Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində keçirilən digər səyyar qəbullarda olduğu kimi, bu qarşılaşmada da vətəndaşların  qayğıları əsas söhbət mövzusu olub.

Keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və hər birinin həlli üçün müvafiq tapşırıqlar verilib.

İlin başlanğıcına təsadüf edən səyyar qəbulda RİH başçısı, eləcə də millət vəkili görüş iştirakçılarını, onların şəxsində ailə üzvlərini Yeni il münasibəti ilə təbrik edib. Səmimi görüş yaradılan hərtərəfli imkan və şəraitə görə sakinlərin ölkə rəhbərliyinə minnətdarlıqları ilə yekunlaşıb.

 

Şərh Yaz