Qanlı-qadalı hadisələrdən Şanlı Zəfərə    

16 yanvar 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə kollecin tədris-tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Nəzərova, əyani şöbə müdiri Kəmalə Hüseynova, tarix müəllimi və tələbə heyəti iştirak edib.

Çıxış edənlər 20 Yanvar hadisələrinin xalqımızın milli azadlıq mübarizəsindəki rolundan bəhs ediblər. Tarix müəllimləri öz çıxışlarında bu faciənin Azərbaycanın müstəqillik tarixindəki əhəmiyyətini vurğulayıb, o qanlı-qadalı hadisələri şanlı Zəfərimizə doğru atılan müqəddəs addımlar kimi dəyərləndiriblər. Tədbir iştirakçıları tarixi acınacaqlıqları əks etdirən videoçarxı izləyiblər.

Tədbir çərçivəsində tələbələr tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.

K.Boyaqçızadə

 

Şərh Yaz