Şəhidlər hörmət və ehtiramla anılıb
27 Sentyabr – Anım Günü ilə əlaqədar İsmayıllıda Şəhidlər xiyabanı ziyarət edilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə RİH-nin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat təmsilçiləri, tələbələr, müəllim və şagirdlər, eləcə də ictimaiyyətin çoxsaylı nümayəndəsi iştirak edib.
Ziyarət zamanı xatirə lövhəsinin önünə əklil, şəhid məzarları üzərinə tər güllər qoyulub, din mənsubları tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.
Ziyarətdən sonra şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Saat 12:00-da rayon ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik səs siqnalları verilməsi ilə yad edilib.
Vətən var olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin.
“İsmayıllı xəbərləri”