İsmayıllı – tolerantlığın və multikulturalizmin beşiyi
Multikulturalizmliyi və tolerantlığı ilə dünyaya nümunə olan Azərbaycanın ən multikultural rayonlarından biri də İsmayıllı rayonudur. İsmayıllı azsaylı xalqların, etnik qrupların, müxtəlif dinə, dilə mənsubların yaşadığı, öz adət-ənənələrini qoruyub-saxladığı, inkişaf etdirdiyi bölgələrdəndir. Burada bir neçə azsaylı xalq bir-biri ilə yaxın qonşuluq, səmimi dostluq şəraitində yaşayır.
Rayonumuzun azsaylı xalqlarının bir hissəsinin yaşadığı İvanovka kəndinin ağsaqqaları və ziyalıları ilə İsmayıllı Rayon İcra hakimiyyəti başçısının görüşü olub. Səmimi ortamda baş tutan görüşdə rayonumuz üçün qarşıya qoyulan hədəflər və perspektivlər haqqında danışılıb, fikir mübadiləsi aparılıb.
Rayonumuzun ziyalı və ağsaqqalları ilə belə görüşlərimizin davamlı keçiriləcəyi qeyd olunub.