İnsan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən peşə
Oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu il Azərbaycan prokurorluğunun yaranmasının 106-cı ildönümü qeyd olunur.
Əlamətdar gün münasibəti ilə İsmayıllı rayon prokuroru Tural Yusifov başda olmaqla prokurorluğun əməkdaşları ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər qızılgüllər düzüblər. Yad etmə və gülqoyma mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov da iştirak edib.
O bildirib ki, prokurorluq peşəsi ağır, çətin və eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Bütün prokurorluq işçilərini səmimi qəlbdən təbrik edir, xalqımızın rifahı, dövlətimizin inkişafı naminə bu şərəfli və çətin yolda hər bir prokurorluq işçisinə uğurlar arzu edirəm.
Prokurorluğun əməkdaşları İsmayıllıdakı Şəhidlər xiyabanını da ziyarət edib, Vətənin müdafiəsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını bildirib, məzarların üzərinə tər qərənfillər düzüblər.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün – oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.
Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğsının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dəyərin təzahürüdür.
Bu gün də canab Prezident İlham Əliyev tərəfindən prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Prokurorluq orqanları dövlətçilik maraqlarına, insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir.