Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir
Ən böyük missiyası şəxsiyyət yetişdirmək olan hörmətli müəllimlər, bu gün bütün dünyada qeyd olunan 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü cəmiyyətin memarları olan insanların böyük zəhmətini və dəyərli fəaliyyətini vurğulamaq üçün bir imkandır.
Bu gün münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, sizə uzun ömür, can sağlığı arzulayır, bilikli və milli-mənəvi dəyərlərə sahib olan vətəndaş yetişdirmək kimi şərəfli işinizdə uğurlar diləyirəm!
“Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb.
Müəllim peşəsi çətin olduğu qədər də şərəflidir. Bu şərəfli peşə sahibləri gələcəyə vətənpərvər gənclər yetişdirməklə yanaşı, gələcəyin ailə başçısını, xanımını formalaşdırırlar.
Bu il siz müəllimlərin sayəsində İsmayıllı təhsil uğurlarına görə yenə də ön sıralardadır. Sizin əzminiz, güclü iradəniz və öyrətmək həvəsinizin nəticəsində bu il şagirdlərimiz yüksək balla ali məktəblərə qəbul olublar. Rayonumuzun müəllimləri respublika əhəmiyyətli olimpiadaların qalibləridir. Neçə-neçə müəllimlərimiz Əməkdar müəllim fəxri adının sahibləridir. Bütün bunlar qürurvericidir.
Müəllim daim öyrənməli, yeniliklərə açıq olmalı, bilik və bacarıqlarını təkmilləşdirməlidir.
Əziz müəllimlər, peşə bayramınız mübarək!