Şikayətlərin həlli üçün mütəmadi tədbirlər görülür
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov özünün sosial şəbəkə səhifəsində vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirilməsi barədə məlumat paylaşıb. Paylaşımda tədbirin rayonun Diyallı kəndində keçirildiyi qeyd olunr.
Başçı bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
İsmayıllı rayonunun Diyallı kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb, həlli üçün müvafiq tapşırıqlar verilib.
Məlumatda o da vurğulanıb ki, səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün mütəmadi tədbirlər görülür, müvafiq tapşırıqlar verilir.


