Reproduktiv sağlamlığın mahiyyəti          

     

4 iyul 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Reproduktiv sağlamlıq və ailə planlaması” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşdə Mərkəzin sosial iş üzrə mütəxəssisi Esmira Ağayeva, sosial pedaqoq Ayşən Mahmudova və həkim Sevil Məmmədova çıxış edərək, reproduktiv sağlamlığın mahiyyəti və bu mövzuda gənclərin məlumatlı olmasının zərurətindən, eyni zamanda gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsinin vacibliyi barədə iştirakçılara məlumatlar verilib.

Görüş diskussiya şəklində davam etdirilib.

Ayşən Soltanova

 

 

Şərh Yaz