Təbrik
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2024-cü il tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamına əsasən, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Yunis oğlu Əsədov “Tərəqqi” medalı ilə təltif edilib.
N.Əsədov göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova öz minnətdarlığını bildirir.
Yüksək mükafata layiq görüldüyünə görə Novruz müəllimi təbrik edir, ona həyatda və əmək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”