Heydər Əliyev və türk dünyası 

“Xalqlarımızın böyük tarixini yenidən qiymətləndirmək, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran vəzifələrdir. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu bizim borcumuzdur”.

Böyük siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bu sözləri 1996­-cı il noyabrın 6-da TÜRKSOY-un Bakıdakı toplantısı çərçivəsində keçirilən Türk dünyası yazıçılarının III qurultayında söyləyib.

Adətən deyirlər ki, tarix şəxsiyyəti yaradır, amma böyük şəxsiyyətlər də öz əməlləri ilə tarix yazır, onu istiqamətləndirirlər. Heydər Əliyev dövrün və zamanın gərdişini gözəl bilən dövlət rəhbəri kimi Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən türk dünyasında aparıcı mövqelərə çıxması, ümümtürk həmrəyliyinin təmin olunmasında böyük rol oynamışdır. Təsadüfü deyil ki, bu gün onun adı  türk dövlətlərinin inteqrasıyasında rolu məmnunluqla qeyd olunur.

Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan xalqının milli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla mədudlaşmayıb, bütövlükdə türk dünyasını (və ümumən dünyanı!) əhatə edir. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktik perspektivilə də böyük tarixi əhəmiyyətə malikdir. Heydər Əliyev Azərbaycanın türk dünyası, xüsusilə müstəqil türk dövlətləri ilə əlaqələrinin müfəssəl proqramını vermişdir ki, buraya əsasən aşağıdakılar daxildir:

– Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllində türk dünyasının imkanlarından istifadə etmək; -türk dünyasının qüvvələrini birləşdirmək, hər hansı türk dövlətinin (xüsusilə beynəlxalq) problemlərin həllində türk dünyasının birgə hərəkətini təmin etmək; -türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və bunun üçün hər bir müstəqil türk dövlətinin imkanlarından yararlanmaq və s.

… Heydər Əliyevin türk dünyasının problemləri ilə məşğul olduğu mərhələ 1993-cü ildən, müstəqil Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra başlayır.

Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev 34 illik siyasi və dövlətçilik fəaliyyəti dövründə Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyin möhkəmləndirilməsi, dünya birliyində layiqli yerini tutması üçün yorulmadan və əzmlə çalışmış və buna əsasən nail olmuşdur. Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Bu dahi şəxsiyyətin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb, onun hüdudlarından kənarda, bütövlükdə türk dünyasında, ümumən dünyada dərin izlər buraxmışdır. Bu fəaliyyət, bu sahədə gördüyü işlər onu türk dünyasının danılmaz liderinə çevirdi. Ulu öndər türk dünyasının həmrəyliyini, bütün sahələrdə intensiv əməkdaşlığının tarixi əhəmiyyətini dərindən dərk edir və qürurla deyirdi: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz bir dilli xalqlarıq. Bizim adət-ənənələrimiz bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımız hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarətləri altında yaşadığımız vaxtda bir-birimizdən ayırmayıb bir-birimizə daha sıx bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəli getməliyik, inkişaf etməliyik”.

Dünya şöhrəti qazanmış böyük tarixi şəxsiyyətin türk dünyasının birləşməsi və möhkəmlənməsi yolunda gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi olduqca mükəmməl elmi-nəzəri mülahizələr reallıqlara əsaslanmaqla, böyük təcrübəvi və tarixi əhəmiyyətə malikdir. Onlar türk dünyasının birləşməsində, regionun nüfuzlu bir ictimai-siyasi qüvvəsinə çevrilməsində əhəmiyyətli rol oynadı.

Təsadüfi deyil ki, Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir. XX əsrin 80-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyev öz şəxsiyyəti ilə türkçülük düşüncəsini, türkçülük faktını SSRİ kimi nəhəng imperiyanın ən ali iyerarxiyasına qədər gətirib çıxarmışdır. Təsadüfi deyil ki, SSRİ rəhbərlərindən biri kimi Moskvada keçirdiyi illərdə dünya Heydər Əliyevi, əsasən, bir təqdimatla tanıyırdı: “Kremldə ucalan türk bayrağı”. Ümumilli liderin türk dünyasının problemləri ilə ardıcıl şəkildə məşğul olmağa başladığı mərhələ isə, əsasən, 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışdan sonraya təsadüf edir.

XX əsrin son onilliyində sovet imperiyasının süqutu, dünyanın bloklara bölünməsindən sonra aradan qaldırırlması “soyuq müharibə”yə son qoydu, böyük bir coğrafi bölgədə geosiyasi vəziyyət kökündən dəyişdi. Türkdilli cümhuriyyətlərin 70 illik bir dövrdə “dəmir pərdələrlə” dünya birliyindən siyasi, iqtisadi və mədəni cəhətdən təcrid olunması və ölkənin əsas xammal bazası rolunu oynaması onların müstəqillik əldə etdikdən sonra dünya birliyinə sürətlə və səmərəli inteqrasiya etmələrini zəruri edirdi. Müstəqillik illərində bu ölkələrin öz aralarında və dünya dövlətlərilə iqtisadi əlaqələrin bütün istiqamətlərinin köklü şəkildə yenidən qurulması kimi mürəkkəb bir proses başlamışdır. Öz milli sərvətlərinə sahibliyin əldə edilməsi bu ölkələrin dünya bazarlarına müstəqil çıxmağına və beynəlxalq iqtisadi əlaqələri mövcud hüquq normalarına uyğun şəkildə qurmağına kömək etdi.

Türklərin tarix boyu dünya birliyi ilə fəal münasibətləri Yer üzünün bütün nöqtələrinə səpələnmiş bu əzəmətli xalqın nümayəndələri arasında böyük mütəfəkkirlərin, qüdrətli dövlət xadimlərinin yetişməsinə şərait yaratmışdır. Türk dünyasının fəxri olan ulu öndər Heydər Əliyev də XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır. Heydər Əliyevi başqa tarixi şəxsiyyətlərdən fərqləndirən başlıca xüsusiyyətlər onun qeyri-adi zəka realizminə, yüksək təşkilatçılıq bacarığına, hadisələri müşahidə və təhlil etmək sahəsində unikal qabiliyyətə malik olmasıdır. Heydər Əliyev dühasının şöhrətli bir xalq, bir ölkə, bir qitə çevrəsinə sığmayıb, bütün dünyaya yayılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 34 illik siyasi və dövlətçilik fəaliyyəti dövründə Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyin möhkəmləndirilməsi, dünya birliyində layiqli yerini tutması üçün yorulmadan və əzmlə çalışmış və buna əsasən nail olmuşdur.

Heydər Əliyevin tarixi Türküstan-Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan… ilə, həmin türk regionunun dövlət xadimləri, siyasi-ictimai liderləri ilə əlaqələri sovet dövründə sıx olmuş, sovet dövlətinin süqutundan sonra isə yeni milli ideoloji məzmun kəsb etmişdir.

Heydər Əliyev ölkəmizin Türkiyə ilə münasibətlərə necə böyük önəm verdiyini ilk günlərdən bəyan edərək deyirdi ki, bizim ölkələrimiz –Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək  formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. Heydər Əliyev görünür, Türkiyəni ona görə sevmişdir ki, bütün türk dünyasından Türkiyəyə yollar uzandığı kimi, Türkiyədən də bütün türk dünyası görünürdü. Yalnız uğurları ilə deyil, həm də qüsurları, problemləri ilə… Türkiyə təkcə həmin uğurlara sevinmir, problemlərin həllinə, mübahisələr, dedi-qodulara da səbrlə münsiflik edir.

İndi Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, öz sərvətlərinin, sahibidir. Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanımışdır. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, dünya birliyi tərərfindən tanınmasında çox böyük addım olmuşdur.

Nəticə olaraq qeyd edilməlidir ki, ulu öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” tarixi formulu zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, zəruriliyini, gərəkliliyini hər keçən gün daha da perspektivliyini nümayiş etdirməklə etnik kökləri, dili və mənəviyyatı, adət-ənənələri bir olan xalqlarımızın birliyinin və birlikdə inkişaf və tərəqqisinin təməl daşıdır. Ulu Öndərin hər zaman vurğuladığı kimi, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvəsidir.

Və fəxr olunmalıdır ki, Azərbaycanın milli liderinin türk dünyasının qarşılıqlı əlaqələri, yüksəliş strategiyasını Azərbaycan Prezidenti İlham Əliyev respublikaya rəhbərlik etdiyi elə ilk aylardan uğurla davam və inkişaf etdirməkdədir. Onun Qazaxıstana, Özbəkistana, xüsusilə Türkiyəyə rəsmi səfərləri göstərdi ki, İlham Əliyev bütün sahələrdə olduğu kimi, bu sahədə də öz siyasi enerjisini əsirgəməyəcək, türk dövlətləri arasında qarşılıqlı əlaqələrin genişlənməsi, türk dünyasının müasir dünyada özünəməxsus yerini tutması uğrunda müasir dövrün türk lideri olaraq böyük xidmət göstərəcəkdir.

Şənay Fətəliyeva,

İsmayıllı rayonu Xanagah kənd ümumi orta məktəbinin IX sinif şagirdi

 

 

Şərh Yaz