Xeyirxah insanlara təşəkkür edirik

 

 

Çernobıl Əlilləri İttifaqı ictimai birliyinin İsmayıllı rayon filialı 1997-ci ildən fəaliyyətdədir. Təşkilat 42 (qırx iki) Çernobıl faciəsi yaşamış ailəni təmsil edir. Bunlardan 12 (on iki) nəfəri dünyasını dəyişib. İmtiyazlı təbəqə kimi Çernobıl əlillərinin yaşayış səviyyəsinin yüksəldilməsi vacib məsələlərdəndir və daimi olaraq dövlətimizin diqqətindədir.

Canında faciənin fəsadlarını gəzdirən insanların dünyaya gələn uşaqları da xəstə doğulurlar. Bu vəziyyətdə yaşayan insanlara əl tutmaq hər bir vətəndaşımıza ucalıq gətirər. Bu baxımdan, son vaxtlar Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə üzvlərimizə də bir sıra əlavə imtiyazların verilməsini alqışlayırıq. Ümidvarıq ki, həmin imtiyazlar Birliyin İsmayıllı rayon filialının üzvlərinə də şamil olunacaqdır.

Hazırda hər bir üzvümüz Prezident təqaüdü alır. Göstərilən diqqət və qayğıya görə cənab Prezidentə minnətdarıq.

Çernobıl faciəsindən 37 il keçir. Hər il faciənin ildönümünü qeyd edirik. Tədbirin qənaətbəxş, əvvəlki illərdəkindən daha yüksək səviyyədə keçməsi üçün bu il rayonun bir neçə təşkilatından maliyyə dəstəyi aldıq. Humanizm və xeyirxahlıq nümayiş etdirib aztəminatlı Çernobıl əlillərinin ailələrinə müəyyən yardım göstərdiklərinə görə həmin təşkilatlara, xüsusilə İsmayıllı Rayon İcra Hakimiyyətinə dərin təşəkkürümüzü bildiririk.

İnsanları Çernobıl qəzasından xilas etmək üçün öz sağlamlıqlarından məhrum olmuş, bəşəriyyətin xilaskarı adını almış soydaşlarımıza gösərdiyiniz diqqətə görə var olun.

Məleykə Lətifova,

Çernobıl Əlilləri İttifaqı İsmayıllı rayon filialının sədri                                                 

Şərh Yaz