Problemlərin həllinə operativ yanaşılır           

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, onların müraciətlərini dinləyib.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən bəzisinin həlli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olduğundan yerindəcə həll olunub. Məsələlərdən bir qisminin həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırılan bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinləri narahat edən problemlərə operativ yanaşılmanın vacib olduğunu bildirib.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz