Heydər Əliyev və Azərbaycan ədliyyəsi               

 

Azərbaycan bütün sahələrdə olduğu kimi ədliyyə-hüquq sahəsində də dünyanın bir çox qabaqcıl dövlətləri arasında uğurlu təcrübəyə malikdir. Dövlətimizin bütün istiqamətlərdə son dərəcə nəcib, humanitar mövqeyi göz önündədir. Ulu öndər Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğunda, müasir hüquq sistemimizin bərqərar olmasında müstəsna rolu və xidmətləri vardır. Azərbaycanın ilk milli Konstitusiyası ulu öndər Heydər Əliyevin imzası ilə tərtib edilmişdir.

Müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşmüşdür. Azərbaycanın ən çətin günlərində, XX əsrdə tarix bizə Heydər Əliyev kimi fenomenal şəxsiyyət nəsib etdi. Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaş isə bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülür. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmiz tolerantlıq mühitinin, multikultural təfəkkürün dünya üçün nümunəvi modelinə çevrilib. Həyata keçirilən uğurlu strategiya nəticəsində milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq mühiti qorunub saxlanılır və mütərəqqi tarixi ənənələr daha da inkişaf etdirilir.

Bu gün müasir, dünya standartlarına cavab verən məhkəmə sisteminin formalaşması, hakim korpusunun yenilənməsi dahi liderin adı ilə bağlıdır və Ümummilli Liderin təməlini qoyduğu islahatlar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilir. Məhkəmə-hüquqi sisteminin hazırda  yüksəliş dövrünü yaşaması Ulu öndərin irsinin uğurla davam etdirilməsinin əyani təzahürüdür. Hazırda müasir hüquq düşüncəsinin, hüquq təfəkkürünün inkişafı ilə bağlı cox ciddi addımlar atılır.

Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin mühüm dövlət strukturu kimi təsis edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra qanunçuluğa, ədalət prinsipinin bərqərar olmasına, onun demokratik dəyərlərlə zənginləşməsinə xüsusi diqqət yetirmiş, 1970-ci ildə Ədliyyə Nazirliyinin yenidən təşkilinə rəhbərlik edərək bu qurumun gələcək inkişafı üçün əlverişli şərait və möhkəm təməl yaratmışdır. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycan ədliyyəsinin inkişafına xüsusi diqqət və qayğı daha da artırılmışdır. Ölkəmizdə mühüm dövlət təsisatlarının yaradılması, müasir Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi, demokratik hüquqi dövlət quruculuğunun geniş vüsət alması və digər möhtəşəm uğurlar ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin və misilsiz əməyinin nəticəsidir.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan ümummilli lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan Ulu öndərin nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli fəaliyyəti isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ədliyyə orqanlarında, məhkəmə-hüquq sistemində əsaslı və köklü islahatlar aparılmış, yeni qanunlar qəbul olunmuş və üç pilləli məhkəmə sistemi formalaşmışdır. Ədliyyə orqanları hüquqi, demokratik dövlət quruculuğu prinsiplərinə uyğunlaşdırılmış, ədliyyə orqanlarının səlahiyyət və funksiyaları genişləndirilmişdir. Məhkəmə hüquq sitemində vətəndaş məmnunluğunu yüksəkdilməsi bu sahədəki işlərin təkmilləşdirilməsi möhtərəm Prezidet Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar

Məhkəmə – hüquq sisteminin təkmilləşdirilməsinə xüsusi önəm verən dövlət başçısının rəhbərliyi ilə aparılan islahatlar, hakimlərin şəffaf seçimi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi məhkəmələrin müstəqilliyini, şəffaflığını və əlçatanlığını artırmışdır.

Ədliyyə-Hüquq sahəsində əsaslı və davamlı islahatların aparılması bu sahənin dinamik inkişafına zəmin yaradır. Yeni müasir məhkəmə binalarının inşası və həmin binaların açılışında möhtərəm prezidentimiz cənab İlham Əliyevin iştirakı dövlətimizin, onun başçısının ədliyyə sisteminə, ədalət mühakiməsinə diqqət və qayğısının parlaq təzahürüdür. Bu məhkəmə binalarında insanlara yüksək xidmətlərin göstərilməsi, məhkəmə proseslərinin şəffaf, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə həyata keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi təmin edilmişdir.

Azərbaycan dövləti hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi üzrə tədbirlərin gücləndirilməsini öz siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik strategiyasına uyğun olaraq ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi məhkəmə hakimiyyəti, eləcə də ədliyyə orqanları tərəfindən daha da etibarlı şəkildə təmin edilmişdir.

Bir sözlə bu gün dünyaya nümunə ola biləcək müstəqil və inkişaf etmiş Azərbaycan Heydər Əliyevin bizə əmanətidir. Ulu öndərin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sistemi öz bəhrəsini verir. Böyük şəxsiyyətin Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində xidmətləri əvəzsizdir.

İlqar Hüseynov,

İsmayıllı Rayon Məhkəməsinin hakimi

Şərh Yaz