Zəlzələdən zərər çəkənlərə dəstək                  

 

Türkiyənin cənub-şərqində baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyası davam edir.

İsmayıllı rayonu da bu kampaniyada fəal iştirak edir. Rayonun müxtəlif ərazilərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən ismayıllılar yardım toplama məntəqələrinə axın edir, zərər çəkənlərə yardım göstərməkdə böyük fəallıq göstərirlər.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun tapşırığına uyğun olaraq toplanmış yardımın yolasalma mərasimində icra başçısının birinci müavini Mahmud Süleymanov və İcra aparatının məsul əməkdaşları iştirak ediblər.

Humanitar yardım fevral ayının 13-ü axşam saatlarında Bakı şəhərindən qardaş ölkəyə yola salınıb. Qeyd edək ki, humanitar yardıma 20 çeşid müxtəlif qida və ərzaq məhsulları, zəruri olan istilik cihazları, generatorlar, isti geyimlər, yataq dəstləri daxildir.

 

 

 

 

 

 

Şərh Yaz