Sakinlər ümidvar olduqlarını bildiriblər                 

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov  növbəti səyyar qəbulunu rayonun Yeniyol kəndində həyata keçirib.

Kənd sakinlərinə rayonda görülən işlər barədə məlumat verən başçı, diqqətə çatdırıb ki, yerlərdə vətəndaş müraciətlərinə həssaslıqla baxılması və mövcud problemlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr gündəlik fəaliyyətin əsasını təşkil edir.

Sakinlər tezliklə narazılıq doğuran məsələlərin həlli ilə bağlı əməli işlər görüləcəyinə ümidvar olduqlarını bildiriblər.

Şərh Yaz