Uğurlar arzulanıb                                           

 

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında yeni işçi işlə təmin olunub. Əlizadə Vüqar Namiq oğluna İsmayıllı RMX-nın direktorunun İnzibati işlər üzrə müavini vəzifəsinə təyinat verilib.

Əlizadə Vüqar Namiq oğlu 1976-cı ildə İsmayıllı rayon Qarakolluq kəndində anadan olub.

1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

2001-2013-cü illərdə İsmayıllı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzində mühasib, baş məsləhətçi, direktor müavini, 2013-2015-ci illərdə Bakı Olimpiya Stadionunda kadrlar üzrə mütəxəssis vəzifəsində işləyib.

2016-2022-ci illərdə DSMF-nin İsmayıllı rayon şöbəsində işləyib.

15 fevral 2023-cü il tarixindən İsmayıllı RMX direktorun İnzibati işlər üzrə müavini vəzifəsinə təyinat alması mübasibəti ilə çalışacağı kollektiv, qəzetimizin redaksiya heyəti və oxucuları adından da V.Əlizadəyə uğurlar arzulayırıq.

İsmayıllı xəbərləri”

Şərh Yaz