İsmayıllı RİH-də yeni təyinat             

      

 

İsmayıllı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Belə ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun müvafiq Sərəncamına əsasən, Qarayeva Şəhla Urfan qızı RİH başçısının İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin edilib.

Qarayeva Şəhla Urfan qızı 14 yanvar 1990-cı ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub.

Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Şəhla Qarayeva 01 oktyabr 2012-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram Departamentində ictimai əsaslarla əmək fəaliyyəti ilə məşğul olub, 01 avqust 2013-cü ildən Beynəlxalq Avrasiya Mətbuat Fondu “İcma Mina Aksiyası” Komandasında kargüzar, 01 iyun 2015-ci ildən həmin yerdə informasiya menecerinin köməkçisi, 10 noyabr 2017-ci ildən 21 yanvar 2021-ci ilə qədər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Azərbaycan Veteranı” qəzetinin məsul katibi, 03 iyun 2021-ci ildən “Xəzər Gənclər Evi” Sosial Xidmət müəssisəsində baş mühasib vəzifələrində işləyib. Eyni zamanda bir sıra Qeyri-Hökümət Təşkilatları ilə – “İmza” Sosial İnkişafa Dəstək, “Azərbaycan Qadınları Respublika cəmiyyəti”, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi”, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək, “Səssiz Dünya” İşarət dilində danışan əlillərə və idmançılara dəstək, “Sosial-Mədəni İnkişafın Təbliği”, “Qan Donorları Assosiasiyası”, “Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara və Onların Ailələrinə Yardım”, “Vətən Müharibəsi Əlillərinə Kömək”, “Aktor” İctimai və Sosial Tədqiqatlar, “Soyqırım həqiqətlərinin tanıdılması”, “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu”, “Gənclər Mərkəzi”, “Narkotizmlə mübarizə” adlı ictimai birliklərdə işləyib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Qələbənin 75 illiyi” yubiley medalı, Veteran hərəkatında fəal iştirakına görə “30 il” yubiley medalı ilə, Göyçay Rayon İcra Hakimiyyətinin “Xatirə döş nişanı” ilə təltif olunub.

Şəhla Qarayeva yeni əməkdaş kimi İsmayıllı RİH-i kollektivinə təqdim olunub.

Əməkdaşımızı təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Şərh Yaz