Dövlət-gənclər siyasəti uğurla davam etdirilir               

 

Birinci tərəf məkan sahibi olmaqla İsmayıllı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə görüş keçirilib.

Tədbirdə UGİM-nin direktoru Xuraman Qurbanova və Gİİ-nin rəisi Taleh Salehov çıxış edərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasətinin bu gün də cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildiriblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəallıqları ilə fərqlənən bir qrup gəncə tədbirin təşkilatçıları tərəfindən Fəxri fərmanlar təqdim olunub.

 

 

Şərh Yaz