2022-ci ildə əsas kapitala yönəldilmiş vəsait haqqında                

 

Tikinti müəssisələri 14785,3 min manat həcmində tikinti işləri yerinə yetirmişlər. Yerinə yetirilmiş tikinti işlərinin 60,0 faizini və ya 8872,6 min manatını əsaslı təmir, 34,7 faizini və ya 5132,7 min manatını cari təmir, 5,3 faizini və ya 780,0 min manatını sair işlər təşkil etmişdir.

Tikinti müəssisələri tərəfindən keçən ilin müvafiq dövründə görülən işlərin həcmi 21374,5 min manat təşkil etmişdir. Hesabat dövründə yerinə yetirilmiş tikinti işlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,8 faiz və yaxud 6589,2 min manat az təşkil etmişdir.

Dövlət mülkiyyətli tikinti müəssisələri 6394,3 min manat həcmində tikinti işləri yerinə yetirmişlər ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz az təşkil etmişdir. Dövlət mülkiyyətli tikinti müəssisələri tərəfindən tikinti işlərinin 30,7 faizini əsaslı təmir işləri, 69,3 faizini cari təmir işləri təşkil etmişdir. İlin əvvəlindən dövlət mülkiyyətli tikinti müəssisələrində işləyənlərin orta siyahı sayı 152 nəfər, bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 433,7 manat olmuşdur. Dövlət mülkiyyətli tikinti müəssisələrində orta aylıq əməkhaqqı keçən ilin müvafiq dövrü ilə müqayisədə  2,4 faiz çox təşkil etmişdir.

Qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri 2022-ci ildə 8391,0 min manat həcmində tikinti işləri yerinə yetirmişlər ki, bu da 2021-ci illə müqayisədə 39,3 faiz az təşkil etmişdir. Qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri tərəfindən  tikinti işlərinin 82,3 faizini və ya 6909,2 min manatını əsaslı təmir, 8,4 faizini və ya 701,8 min manatını cari təmir, 9,3 faizi və ya 780,0 min manatını sair işlər təşkil etmişdir. İlin əvvəlindən qeyri-dövlət mülkiyyətli tikinti müəssisələrində işləyənlərin orta siyahı sayı 107 nəfər olmuş və bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 355,0 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,5 faiz azdır.

Yerinə yetirilmiş tikinti işlərinin ümumi həcmində dövlət mülkiyyəti üzrə xüsusi çəkisi 43,2 faiz (əvvəlki ilin müvafiq dövründə 35,3 faiz), qeyri-dövlət mülkiyyəti üzrə isə 56,8 faiz (əvvəlki ilin müvafiq dövründə 64,7 faiz) təşkil etmişdir.

2022-ci ildə tikinti müəssisələrində işləyən işçilərin orta siyahı sayı 259 nəfər olmuş və bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 401,9 manat olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə tikintidə çalışan işçilərin orta aylıq əməkhaqqı 8,0 faiz azalmışdır.

2022-ci ilin yanvar-dekabr aylarında 14693,8 min manat həcmində əsas fondlar istifadəyə verilibdir.

2022-ci ilin yanvar-dekabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 41208,3 min manat həcmində və ya əvvəlki ilin müvafiq dövründən 15,1 faiz az investisiya yönəldilmişdir. Ümumi investisiyanın 23474,7 min manatı və yaxud 57,0 faizi dövlət mülkiyyətinin, 17733,6 min manatı və yaxud 43,0 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi ümumi investisiyanın 81,6 faizini təşkil edərək 33641,0 min manat olmuşdur. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz az olmuşdur. Tikinti-quraşdırma işlərinin 68,3 faizini dövlət mülkiyyəti, 31,7 faizini isə  qeyri-dövlət mülkiyyəti təşkil edir.

Ümumi investisiyanın 22184,2 min manatı investisiyadan mərkəzləşmiş qaydada istifadə edən nazirliklərin payına düşür. Bu da əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 42,5 faiz az təşkil etmişdir.

Hesabat dövründə 5654 kvadrat metr yaşayış evləri tikilib istifadəyə verilibdir ki, bunun da 100 faizi əhalinin şəxsi vəsaiti hesabına tikilən fərdi yaşayış evləridir.

Allahverdi Mirzəyev,

İsmayıllı Rayon Statistika idarəsinin məsləhətçisi                                  

Şərh Yaz