2022-ci ildə sənaye istehsalı haqqında                

2022-ci ilin yanvar-dekabr aylarında müvafiq ilin faktiki qiymətləri ilə malların istehsalı və xidmətlərin göstərilməsi 17738,2 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal qiymətlərlə 14,0 faiz və yaxud 2889,1 min manat azdır. 2022-ci ilin yanvar-dekabr aylarında sənaye məhsullarının istehsalı (xidmətlərin daxil olmaqla) 2021-ci ilin yanvar-dekabr aylarına nisbətən real ifadədə 16,0 faiz artmışdır.

Sənaye sahəsində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatlarının işinin qiymətləndirilməsi də nəzərə alınmaqla emal sənayesində 10667,9 min manatlıq malların istehsalı və xidmətlərin göstərilməsi olmuşdur. Keçən ilin müvafiq dövründə isə bu göstərici 14397,9 min manat təşkil etmişdir. Emal sənayesində real ifadə də 51,3 faiz artım müşahidə olunubdur. Emal sənayesi üzrə istehsalın 61,5 faizi və ya 6560,0 min manatı qida məhsullarının istehsalına, 17,7 faizi və ya 1892,6 min manatı içki istehsalına, 1,8 faizi və ya 192,1 min manatı geyim istehsalı, 3,0 faizi və ya 324,6 min manatı dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı, 1,6 faizi və ya 167,0 min manatı tikinti materiallarının istehsalına, 10,1 faizi və ya 1080,3 min manatı rezin və plastik kütlə məmulatlarının istehsalına, 4,3 faizi və ya 451,3 min manatı isə digər emal sənayesi məhsullarının istehsalına aiddir. 2021-ci illə müqayisədə qida məhsullarının istehsalı real ifadədə 52,1 faiz, içki istehsalı 42,6 faiz artmış, geyim istehsalı isə 53,7 faiz azalmışdır.

Sənayenin elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində iş və xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 637,6 min manat artaraq 5447,2 min manat təşkil etmişdir. 2022-ci ildə elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində iş və xidmətlərin dəyəri keçən ilin müvafiq dövrünə nisbətən real ifadədə  0,1 faiz çox olmuşdur.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində faktiki qiymətlərlə 1623,1 min manatlıq, yəni əvvəlki ilin müvafiq dövründən 203,3 min manat çox və yaxud sabit qiymətlərlə 15,7 faiz artım müşahidə olunubdur.

Yuxarıda qeyd olunmuş göstəricilərin müvafiq ilin fəaliyyətdə olan qiymətlərində mal və xidmətlərin buraxılışının cəminə nisbətən strukturu aşağıdakı kimidir:

Malların istehsalı və xidmətlərin göstərilməsi, fəaliyyət növləri üzrə

Fəaliyyət növünün adı

2022-ci ildə

istehsal edilib,

min manatla

2021-ci ilin müvafiq dövrünə

nisbətən,

faizlə

Cəmi 17738,2 116,0
o cümlədən :

Emal sənayesi

10667,9 151,3
Elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və  təchizat 5447,2 100,1
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 1623,1 115,7

Sənaye məhsulu istehsalında qeyri-dövlət mülkiyyəti dövlət mülkiyyətini qabaqlamışdır. 2022-ci ilin hesabat dövrü ərzində qeyri-dövlət mülkiyyəti bölməsi üzrə 10667,9 min manatlıq sənaye məhsulu istehsal edilibdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal qiymətlərlə 25,9 faiz az təşkil edir. Dövlət mülkiyyəti üzrə məhsul istehsalı və xidmətlər göstərilməsinin həcmi isə 7070,3 min manat, yəni əvvəlki ilin müvafiq dövründən faktiki qiymətlərlə 13,5 faiz çox olmuşdur. Dövlət mülkiyyətinin bütün sənaye istehsalında xüsusi çəkisi 39,9 faiz (əvvəlki ilin müvafiq dövründə isə 30,2 faiz), qeyri-dövlət mülkiyyətininki isə 60,1 faiz (əvvəlki ilin müvafiq dövründə isə 69,8 faiz) təşkil etmişdir.

Hesabat dövründə sənaye müəssisələrində 537 nəfər işçi çalışmışdır ki, onun da 144 nəfəri emal sənayesində, 177 nəfəri elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 216 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda olmuşdur. Sənayedə çalışanların orta aylıq əməkhaqqı 2022-ci ilin yanvar-dekabr aylarında 601,3 manat təşkil etmişdir. Orta aylıq əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində 18,1 faiz, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 16,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 18,1  faiz artmışdır. Ümumilikdə isə sənaye sektoru üzrə orta aylıq nominal əməkhaqqı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artmışdır.

Hafiz Bayramov,       

İsmayıllı Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi                              

Şərh Yaz