Biz səni unutmadıq, unutdurmarıq, Xocalı                     

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Xalça Fabrikində “Biz səni unutmadıq, unutdurmarıq, Xocalı” adlı tədbir keçirilib.

Tədbirdə İsmayıllı UADM, Xalça Fabrikinin əməkdaşları, orta təhsil müəssisələrinin şagirdləri iştirak edib. Tədbirdə uşaqlar S.Vurğunun “Azərbaycan” şeirini söyləyib, “Biz səni unutmadıq, unutdurmarıq, Xocalı” adlı kompozisiyası ətrafında çıxış ediblər. Bundan başqa iştirakçılar xalçalara “Xocalı” adına ilmə vuraraq xana önündə “Qarabağ Azərbaycandır” şüarlarını səsləndirib, toxunan xalçalara baxış keçirib, onların üzərindəki simvollarla və ümumi xalçaçılıq sənəti ilə tanış olublar.

Nərgiz

Şərh Yaz