Yumruq bir hədəfə vurulmalıdır                     

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə RİH-nin əməkdaşları, YAP İsmayıllı rayon təşkilatının sədri, şəhid anası, qazilər və rayonun fəal gəncləri iştirak edib.

Əvvəlcə rayonun Şəhidlər xiyabanı və ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.

Tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda gənclərlə iş və idman sahəsində həyata keçirilən layihələrdən söz açılıb, əldə olunan uğurlardan danışılıb. Bildirilib ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.

Rayonun fəal gənclərindən Ülvi Osmanov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə bir qrup gənc rayonun ictimai həyatında fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin Fəxri fərmanı ilə təltif olunub. Sonda xatirə şəkli çəkilib.

Rəvanə Firudinli

Şərh Yaz