İdeyalar öyrənillr və yeni nəslə aşılanır                       

 

İsmayıllıda Yeni Azərbaycan Partiyasının (YAP) gənc fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

“Heydər Əliyev İli” ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Fevral ayının 24-də YAP İsmayıllı rayon təşkilatı rayonun Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Mərkəzdə  İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecini təmsil edən gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Gənclər Mərkəzdəki eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxışdan sonra xatirə şəkli çəkilib.

Şərh Yaz