Mövzu “Sağlam həyat tərzi“ olub                     

İsmayıllı Uşaq və Ailələrə dəstək Mərkəzinin təşkilatçılığı və İsmayıllı Rayon Polis Şöbəsi ilə birgə 9 fevral tarixdə rayonun Qalınçaq kənd tam orta məktəbində “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqdisadi inkişafa mənfi təsirləri, asudə vaxtın səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər badədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Lalə Kəbirova

Şərh Yaz