Çeviklər qalib olub                               

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.

“Heydər Əliyev İli” çərçivəsində Ulu öndərin gənclərin hərbi-vətənpərvərlik tərbiyyəsinin aşılanmasını, ordu quruculuğuna diqqət yetirməsini daim önə çəkmişdir.

Məhz bu istiqamətdə ardıcıl görülən işləri nəticəsidir ki, Azərbaycan ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi.

İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində tədbirlər planına uyğun olaraq “Heydər Əliyev İli” çərçivəsində yuxarı sinif şagirdləri arasında hərbi vətənpərvərliyin təbliği məqsədi ilə güllələrin avtomat darağına doldurulub boşaldılması üzrə yarış keçirilib.

Gərgin yarüş nəticəsində şəxsi birinciliyində qalib gələrək Şaiq Şiraliyev I , Şəhla Zəkiyeva və Tunar Həmzəyev eyni xal toplayaraq II, Saqi Yusifli isə III yeri tutub.

Qaliblərə məktəb rəhbərliyi tərəfindən Diplomlar  təqdim olunub.

İsmayıllı xəbərləri”

Şərh Yaz