Dərnəklərarası intellektual bilik yarışması keçirilib                  

 

Fevral ayının 13-də  İsmayıllı Rayon Uşaq və Gənclərin İnkişaf Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tarixi şəxsiyyət” adlı dərnəklərarası intellektual bilik yarışması keçirilib. Yarışın keçirilməsi dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında bilgilərin yetişən nəslə çatdırılması məqsədini daşıyıb. Nəticələr kifayət qədər ürəkaçan olub.  Yarış iştirakçıları şərtlərə, səsləndirilən suallara cavab verməkdə o qədər də çətinlik çəkməyiblər.

Ayrı-ayrı dərnəklər üzrə toplanan xallara görə qaliblərə  medal və diplomlar təqdim edilib.

E.Bayramov adına Talıstan kənd tam orta məktəbinin “Bədii qiraət” dərnəyini təmsil edən komanda birincilik qazanıb (Dərnək rəhbəri:  Alimə Qədirova). A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta mətəbinin “Əyləncəli fizika” dərnəyi ikinci yeri tutub (Dərnək rəhbəri: Eldar Ağaməmmədov). İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin “Coğrafiya-diyarşünaslıq” dərnəyi (Dərnək rəhbəri: Gülnar Həbibova) üçüncü yerlə kifayətlənməli olub.

Ü.Cəbiyeva

 

Şərh Yaz