Unutmadıq, unutdurmadıq                        

İsmayıllı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin tədbirlər planına uyğun olaraq 17-18 fevral 2023-cü il tarixlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş UGİŞM-nin şahmat üzrə seçmə turniri keçirilib.

Turnirə start verilməzdən əvvəl torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın, erməni vandalizmindən həyatlarını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarış iştirakçılarının diqqətinə yaxın keçmişimizin acı xatirələri  çatdırılıb. Şəhidlərimizin qisasının alınmasının qurur mənbəyi olduğu qeyd olunub. 44 günlük Vətən müharibəsinin xalqımıza yaşatdığı iftixar hissindən söz açılıb. Verilən məlumatlarda “Unutmadıq, unutdurmadıq!” fikirləri səslənib.

Turnir gərgin idman mübarizəsi şəraitində keçib. Qalib kimi yer tutan idmançılar UGİŞM-nin diplomları ilə təltif olunublar.

T.Haşımov

Şərh Yaz