Dilimizi, ədəbi irsimizi qorumaq şərəfli borcumuzdur                       

 

21 fevral 2023-cü il tarixdə rayonun Mücühəftəran kənd tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi ilə əlaqədar “Ana dilimizin himayədarı – ümummilli lider Heydər Əliyev” adlı ədəbi-bədii və tarixi yönümlü tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Namiq Ağaməmmədov açıb və tədbirin keçirilməsində əsas məqsədin gənc nəslin ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinə uyğun tərbiyə olunması  olduğunu bildirib. Şagirdlər tərəfindən Azərbaycan dilinin fonetik və leksik imkanlarını özündə ehtiva edən bədii qiraət və kompozisiyalar nümayiş etdirilib, Ümummilli lider Heydər Əliyevdən dilimizin qorunması ilə bağlı sitatları səsləndirilib.

Tədbirdə rayonun tanınmış şairləri Şahməmməd Dağlaroğlu, Hacıməmməd Məmmədov, ATİAHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı Təhsil Sektorunun əməkdaşları Ülviyyə Zeynalova, Sevda Cahangirova, Mayıl Səftərov, İsmayıllı Peşə Təhsil Mərkəzininin direktoru Cəlil Bağırov, Z.Qarayev adına Qalınçaq kənd orta məktəbinin direktoru Xalid Seyidov, Gəndov kənd ümumi orta məktəbinin direktoru Nazim Salmanov iştirak edib və ana dilimizin unikallığının qorunmasında geniş spektirli fəaliyyətlərindən söz açıb, belə tədbirlərin ədəbi irsin qorunmasında müstəsna rolunu qeyd ediblər.

Tədbir şagirdlərin əl işlərinin təqdimatı ilə davam edib. Sonda tədbirdə iştirak edən qonaqlara məktəb rəhbərliyinin Fəxri fərmanları təqdim olunub, bir qrup müəllim mükafatlandırılıb. Qonaqlar yüksək təşkilatçılığa görə tədbirin hazırlanmasında  zəhməti olanlara təşəkkür ediblər.

Nailə Bayramova,

məktəbin müəllimi

Şərh Yaz