Möhtəşəm qələbə                                                  

 

163 layihədən fərqlənən “ArmBot”, “Magical Park” və “Ətraf mühitin idarə olunması” İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin payına düşüb.

Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri Emil Ramazanov, Ramazan Zeynalov və Osman Həsənli IX-XI siniflər arasında keçirilən “Sabahın alimləri” XII respublika müsabiqəsinə qatılaraq, müsabiqənin qalibi olublar.

Emil Ramazanlı Tibb və sağlamlıq istiqaməti üzrə II yerin, Ramazan Zeynalov 10 seçilmiş layihədən The Yale SCİENCE & Engineering Assocation tərəfindən fərqlənərək sertifikat və Osman Həsənli “Ətraf mühitin idarə olunması” nominasiyası üzrə iştirakçı sertifakatı ilə təltif olunub.

Qalib şagirdləri və onların müəllimləri Şayəstə Abdulovanı, eləcə də məktəbin fəxri məzunlarından olan Vəng kənd tam orta məktəbinin müəllimi Gülnarə Qurbanovanı  məktəbin direktoru Qalib Bəşirov öz adından  və  pedaqoji kollektivin adından təbrik edib.

R.Kamilov,

məktəbin müəllimi

 

 

Şərh Yaz