Bəstəkarın yubley tədbiri                                                  

 

Fevral ayının 7-də İsmayıllı rayonun Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan bəstəkarları” adlı tədbir keçirilib.

Heydər Əliyev Mərkəzi və Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə hazırlanmış tədbir Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli ictimai və elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Qara Qarayevin 105 illik yubileyinə həsr olunub.

Azərbaycan musiqisi və Qara Qarayev haqqaında hazırlanmış kitab və rəsm sərgisinə baxışdan sonra tədbirin əsas hissəsinə start verilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin və qardaş Türkiyə ölkəsində baş vermiş təbii fəlakət zamanı həlak olan insanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

İncəsənət məktəbinin direktoru Bəhruz Həşimov tədbiri açaraq çıxışında ulu öndər Heydər Əliyev və onun incəsənətə olan sonsuz qayğısından ətraflı şəkildə bəhs edib.

Mərkəzin direktoru Mayıl Fərəcov Ümummilli liderin Azərbaycan mədəniyyətindəki əvəzsiz rolundan söz açıb və onun siyasətinin cənab prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.

Daha sonra İncəsənət məktəbinin müəllimi Nizami Babayev çıxışında Qara Qarayevin həyat və yaradıcılığı, onun Azərbaycan musiqisində əvəzsiz rolu və möhtəşəm əsərləri barədə danışıb.

Tədbir İsmayıllı Rayon MKS-nin direktoru Orxan Ağayevin çıxışı ilə yekunlaşıb. O, çıxışında Azərbaycan mədəniyyətinin bütün sahələrində Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz rolu olduğunu qeyd edib.

 

Şərh Yaz