Kadr bankı yaradılır

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi (İsmayıllı DPTM) İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçirilən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin elan etdiyi “Technest” Təqaüd Proqramının təqdimatında təmsil olunub.

Technest” təqaüd proqramı çərçivəsində İKT sahəsi üzrə təlimlərdə iştirak etmək üçün İsmayıllı DPTM- in 30 tələbəsi müraciət edib.

Qeyd edək ki, “Technest” təqaüd proqramı 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılıb. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.

Şərh Yaz