Birinciliyə can atsa da

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbə heyəti tərkibində müxtəlif sahələr üzrə yüksək istedad və bacarığa malik gənclər vardır. Rayonda, eləcə də respublika səviyyəsində keçirilən rəngarəng tədbirlərdə bu qəbildən olan gənclərə öz potensialını nümayiş etdirməyə, daha yüksək uğurlar qazanmağa meydan açılır.

Fateh Abbasov 2022-ci ilin oktyabr ayının son günlərində Ağdamda təşkil olunmuş Savat və Universal döyüş idman növü üzrə yarışda MMA versiyası üzrə Zəfər turnirdə iştirak etmək şansı qazanıb. İsmayıllını təmsil edən idmançı birinciliyə can atsa da, göstərdiyi nəticə onu yarışın ikincisi edib.

T.Abbasovu təbrik edir, ona gələcək qarşılaşmalarda daha yüksək uğurlar diləyirik.

İsmayıllı xəbərləri”

Şərh Yaz