Narkomanlığa qarşı mübarizəyə tədbir həsr olunub             

                     

 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı  Mübarizə üzrə Rayon Komissiyasının sədri Pakizə Abbasova açaraq, qonaqları salamlayıb və  iştirakçılara tədbirin mövzusu barədə məlumat verib.

Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev çıxış edərək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 11 mart 2022-ci il tarixli iclasının 10 saylı protokolunun 12 bəndinin icrası vəziyyəti barədə danışıb. O, rayon  komissiyasının fəaliyyətinin səmərəliliyinin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi və İşçi Qrupu ilə qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə tövsiyələr verib.

Tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizəyə dair öz fikir və təkliflərini  bildirmiş, tədbir qarşılıqlı dialoqla yekunlaşıb.

R.Rəhimov

Şərh Yaz