Təmizlik işi həm də payız-qış mövsümünə hazırlıqdır                   

 

İsmayıllıda payız-qış mövsümünə hazırlıq məqsədilə görülən işlərdən biri də şəhər daxilində suötürücü arx və kanalların təmizlənməsidir. Bu təmizlik işi olmaqla bərabər, həm də payız aylarında gözlənilən güclü yağışların şəhər təsərrüfatına ziyan yetirmədən axıb mövcud çaylara çatmasına zəmin yaradır.

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İsmayıllı Suvarma Sistemləri İdarəsi, Kommunal Müəssisələri Kombinatı və İsmayıllı bələdiyyəsi tərəfindən şəhər ərazisində əsas suötürücü kanalda təmizlik işləri aparıb. Texnikanın və bir qrup işçinin köməyi ilə kanal lildən, münbit şəraitdə bitən alaq otlarından və digər kənar tullantılardan təmizlənib.

Ü.Əsədova,

İsmayıllı bələdiyyəsinin əməkdaşı

Şərh Yaz