Prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolu yüksəkdir

Azərbaycan Respublikası Milli Prokurorluğun yaradılmasının 104-cü ildönümü – 1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günü kimi İsmayıllı rayonunda da qeyd olunub.

Həmin gün rayon İcra Hakimiyyəti başçısı rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ulu öndər Heydər Əliyevin Mərkəzi Meydandakı abidəsini və İsmayıllının Şəhidlər xiyabanını ziyarət edib, Ulu öndərin və şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1 oktyabr 1918-ci ildə yaradılmış prokurorluq orqanları bir əsrlik şərəfli inkişaf yolu keçmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq, 17 iyul 1998-ci ildə imzaladığı Sərəncamla oktyabr ayının 1-ni prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis etmişdir.

Bu dövr prokurorluq orqanları üçün həm də peşəkarlığın sınaq dövrü olmuşdur. Çünki müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlər, görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktları, dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə sistemində baş vermiş, o cümlədən sadə vətəndaşlarımızın əmanətlərinin talan edilməsi kimi ağır cinayət hadisələri məhz prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkərcasına istintaq edilmiş, təqsirkar şəxslər layiqli cəzalarını almışlar. Bu dövrdə ölkəmizdə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət və hərbi çevrilişlərinə cəhdlərin qarşısı alınmışdır. Həmin hadisələrlə bağlı cinayət işlərinin istintaqının aparılmasında prokurorluğun bir qrup əməkdaşı xüsusi ilə fərqlənmişdir.

12 noyabr 1995-ci il tarixdə keçirilmiş referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluğa xüsusi maddə həsr edilərək dövlət idarəetmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyənləşdirilməklə quruma ilk dəfə olaraq konstitusion status verilmişdir.

Azərbaycan Prokurluğu 104 illik tarixi ərzində çətin və mürəkkəb, eyni zamanda, şərəfli inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşmış, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq etmiş, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa mübarizə işində öz xidmətlərini layiqincə yerinə yetirmişdir.

Sevindirici haldır ki, Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad göstərilməklə cinayətkarlığa, korrupsiyaya və kriminal xarakterli bütün mənfi təzahürlərə qarşı mübarizənin yeni müstəviyə qaldırılması, qurumun fəaliyyətində səmərəliliyin artırılması, maddi-texniki təminatın yaxşılaşdırılması və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün məqsədyönlü addımlar atılmışdır.

Respublika Prokurorluğunun ötən müddətdə daxili işlər, ədliyyə, dövlət təhlükəsizlik və digər hüquq-mühafizə orqanları ilə əlaqəli birgə fəaliyyətinin nəticəsində cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət tendensiya cari ildə də davam edib. Ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili, ən əsası isə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində zəruri tədbirlər görülüb, kriminogen sabitliyə nail olunub, mənfi təzahürlərin qarşısı alınıb. Məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır.

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 104 illiyi münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, təqaüddə olan veteranlarımızı, onların ailə üzvlərini səmimi qəlbdən təbrik edərək, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına və prokurorluq işçilərinə böyük inam və etimad, diqqət və qayğı göstərilməklə qurumun müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsində təkmilləşdirilməsi fəaliyyətində səmərəliliyin artırılması, maddi-texniki təminatın yaxşılaşdırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün məqsədyönlü addımların atıldığını xüsusilə qeyd etmişdir.

Yüksək inam hissə ilə qeyd etmək lazımdır ki, hər zaman olduğu kimi, bu gün də Azərbaycan Prokurorluğu ölkəmizin xoşbəxt gələcəyi naminə respublikamızın yüksələn xətlə sosial-iqtisadi inkişafına istiqamətləndirilmiş dövlətçilik siyasətinin həyata keçirilməsində, ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlət müstəqilliyimizin və milli maraqlarımızın, xalqın mənafeyinin cinayətkar qəsdlərdən qorunmasında, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılması və vətəndaşların hüquqlarının müdafiə olunmasında yaxından iştirak edəcəkdir.

Raya Qəfərova,

İsmayıllı rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünasÖLKƏMİZDƏ ƏDALƏT SARSILMAZ TƏMƏLLƏR ÜZƏRİNDƏ QURULUB

Azərbaycanda milli prokurorluq orqanlarının yaranmasından 104 il keçir. Ulu öndər Heydər Əliyev 17 iyul 1998-ci il tarixli sərəncamı ilə tarixi həqiqəti əbədiləşdirmiş, milli prokurorluq orqanlarının yarandığı gün – oktyabr ayının 1-i Prokurorluq İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilmişdir.

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən başlanmışdır.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni bir dövr başlanmışdır. Azərbaycan Prokurorluğunun qanunun aliliyinin təmin olunmasına, cinayətkarlıqla mübarizəyə xidmət edən bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasəti, yüksək qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Şərh Yaz