Xankəndində sakinlərin müraciətləri dinlənilib

Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Qəbuldan əvvəl Xankəndi kənd tam orta məktəbinin həyətində İsmayıllı şəhidlərinin xatirəsinə inşa edilmiş bulağın açılış mərasimi olub, bulaq önünə gül dəstələri qoyulub, şəhidlərin xatirəsi yad edilib.

Daha sonra kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilib, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Şərh Yaz