Məişət zorakılığı pislənilib

 

Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” adlı layihənin icrası əsasında 10 oktyabr 2022-ci il tarixində İsmayıllıda dəyirmi masa təşkili edib 

Dəyirmi masadan öncə rayon sakinləri arasında anonim sorğu keçiilib. Sorğuda mövcud vəziyyət əksini tapıb.

Tədbirdə 40 nəfər rayon sakini və müvafiq qurumların nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə layihə rəhbəri, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctmai Birliyinin sədri Nailə İsmayılova açıb. O, layihə və onun məqsədi barəsində məlumat verib. Layihə üzrə ekspert Samirə Mustafayeva və hüquqşünas Fariz Əkbərov layihə çərçivəsində görülən işlərdən danışıblar.

Aparılan müzakirələrdə digər qurumları təmsil edən iştirakçı və çıxış edənlərlə bərəbər İsmayıllı bələdiyyəsinin sədr müavini və rayonda çıxan “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanovun da bu aktual mövzu ilə bağlı çıxışı, məsələnin müsbət həllinə təsir edə biləcək təklifləri diqqət çəkib.

Layihənin icra qrupu aparlan müzakirə zamanı çıxışçılar tərəfindən verilən təkilflərin gələcəkdə birlik tərəfindən hazırlanacaq tövsiyyələrə öz töhfəsini verəcəyini bildirib.

Ülkər Əsədova,

İsmayıllı bələdiyyəsinin əməkdaşı

Şərh Yaz