Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi diqqət mərkəzindədir

19 oktyabr 2022-ci il tarixdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı iləİrəli” ictimai birliyinin və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə hazırlanan “Müzəffər əsgərimiz” layihəsi əsasında şəhid Fərid Əliyevə və Orxan Lətifliyə həsr olunmuş qısametrajlı filmlərə baxış keçirilib. 

Tədbirin keçirilməsində əsas məqsəd 44 günlük Vətən müharibəsində Qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman yad etmək olub. 

Tədbirdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları,  İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanova və kollec tələbələri, İsmayıllı şəhər İƏD-in nümayəndəsi Əlişir Süleymanov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, şəhid Fərid Əliyevin, Orxan Lətiflinin, Famil Əhmədzadənin valideynləri və yaxın qohumları iştirak ediblər. 

Tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını Vətən yolunda fəda edən igid oğulların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Daha sonra tədbir iştirakçıları tərəfindən filmlərə baxış keçirilib. 

Film nümayişindən sonra çıxışçılar bildiriblər ki, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və “Dəmir yumruq” əməliyyatı sayəsində uzun illərdən sonra Azərbaycan xalqı ərazi bütövlüyünü tam təmin etmiş və bu Qələbə ilə işğal altında olan torpaqların müqəddəratını həll etmişdir. 

Sonda isə yetişməkdə olan gənc nəslin vətənpərvər tərbiyədə böyüməsi üçün bu istiqamətdə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyi qeyd olunub. 

Şərh Yaz