Təbrik

Elə bu günlərdə uzun illər yol çəkilişi mütəxəssisi kimi çalışan Azərbaycan Respublikasının Əməkdar mühəndisi, “Şöhrət” ordenli, “Tərəqqi” medallı Kazımov Xəqani İsmayıl oğlunun 70 yaşı tamam oldu.

Respublikamızın yol təsərrüfatında, ucqar yaşayış məntəqələrinə, Lahıca, Basqala, Lazaya, Xınalığa çəkilmiş yollarda X.Kazımovun unudulmaz gəncliyi, hamının minnətdarlıq ifadə etdiyi zəhmət payı var. Axı dünyada ağac əkmək, bulaq abadlaşdırmaq, yol çəkmək, körpü inşaatı ən savablı, xeyirxah işlərdəndir.

Xəqani Kazımovu nəsillərinin layiqli davamçısı kimi sevən, özlərinə arxa bilən Musa, Əlövsət, Bayram, Zakir, Zahid, Əli, Elnur, Səmayə, Südabə, Kifayət, Sona, Xatirə, Xəyalə, Lalə, Afaq, Şəfəq, Ayni, Səbinə və başqaları onu doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona qarşıdakı ömür yolunun daha rahat və mənalı olmasını arzulayır.

Zəhmətkeş, səxavətli, xeyirxah, el-obasını qəlbən sevən əzizimiz – Xəqani İsmayıl oğlunun yubileyi mübarək olsun! Ona dünyada ən şirin nemət olan can sağlığı, uzun ömür arzulayırıq.

Tanrı səni qorusun!

Dərin hörmət, ehtiram və ülvi arzularla:

Nizami Bəşir oğlu Cabbarov

Şərh Yaz