Şahmat üzrə rayon turniri keçirilib

14 oktyabr 2022-ci il tarixdə İsmayıllı Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin məkan sahibliyi, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı yeniyetmə və gənclər arasında şahmat üzrə rayon turniri keçirilib.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərdə vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onlarda bu idman növünə marağın artırılması və asudə vaxtların səmərəli təşkili olub.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə 18 oktyabr gününün yaranma və tarixi əhəmiyyəti barədə turnir iştirakçılarına geniş məlumat açıqlanıb.
Çıxışlardan sonra yarışa start verilib. Turnir maraqlı keçib. Qaliblər İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin Diplom və medalları ilə təltif olunublar.
R.Firudinli

Şərh Yaz