“Vətən sevdası” sənədli filmi üzrə layihəyə uyğun  çəkilişlər başa çatıb

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyi tərəfindən gənc nəsildə vətənpərvərlik ruhunu möhkəmləndirmək məqsədilə həyata keçirilən “Vətən sevdası” sənədli filminin çəkilişləri başa çatıb. Hazırda  ardıcıllı gözlənilən vacib işlər aparılmaqdadır.

Layihənin ideyasını 44 günlük Vətən müharibəsində Azərbaycanın İsmayıllı rayonunun təmsil edib, şəhid olmuş igidlərin həyat və döyüş yollarını təqdim etmək, həmin şəhidlərin adlarının əbədiləşdirilməsi və eyni zamanda, cəmiyyətdə, gənc nəslində vətənpərvərlik ruhunun, milli birliyin daha da möhkəmlənməsinə nail olmaq təşkil edir. Təqdim olunan layihədə məqsəd Azərbaycan ordusunun nüfuzunun cəmiyyətdə daha da möhkəmlənmək, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında milli birliyin daha da güclənməsini önə çəkməkdir.

“Vətən sevdası” sənədli filminin çəkilişləri zəruri faktoloji materiallar əsasında aparılıb. Təcrübəli çəkiliş qrupu  mövzu üzrə müəyyən olunan respondentlərdən müsahibələri lentə alıb. Çəkilişlərdən sonra toplanmış materiallar əsasında “Vətən sevdası” sənədli filminin ədəbi-bədii ssenarisi yazılacaq. Sənədli filmin ssenarsi redaktə üçün redaktora həvalə ediləcək, Filmdəki tarixi məqamlar filmin elmi məsləhətçisi tərəfindən dəqiqləşdiriləcəkdir.

Filmin montajı başa  çatdırıldıqdan sonra  mətn oxunacaq, videomontaj həyata keçiriləcək. Müvafiq ekspert rəyi alınması məqsədi ilə film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ekspert komissiyasına təqdim olunacaq.  Zəruri dəyişikliklər ediləndən sonra müsbət rəy alınacaq. Növbəti mərhələdə layihə çərçivəsində hazırlanan “Vətən sevdası” sənədli filminin Bakı şəhərində yerləşən ali təhsil müəssisələrindən birində və İsmayıllı şəhərində aparıcı KİV-lərin iştirakı ilə ictimaiyyətə təqdim olunacaq.

Sonuncu mərhələdə isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası ilə bağlı təsviri hesabat, maliyyə hesabatı və bütün digər zəruri sənədlər təqdim ediləcək.

Bu layihədən gözlənilən əsas nəticə təqdim edəcəyimiz sənədli filmin gənc nəslin nümayəndələrində milli şüur və milli məfkurənin formalaşmasında, şəhidliyin milli-mənəvi dəyər olaraq mənəvi dəyərlər sistemimizdə və milli dövlətçiliyimizin qorunub-saxlanması və güclənməsində yeri və rolunu izah etmək, onlarda Vətənə, xalqa və dövlətə sədaqət və məhəbbəti daha da gücləndirəcək.

Layihə 30 ilə yaxın davam edən işğal zamanı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlər haqqında da məlumatlar veriləcək ki, bu məlumatların gənclərimizə çatdırılması başlıca məqsədlərdən biridir.

Şahməmməd Soltanov,

“İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri,  şair-tərcüməçi, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, İsmayıllı bələdiyyəsinin sədr müavini, Prezident təqardçüsü

 

Şərh Yaz