İSMAYILLI POLİSİNİN PEŞƏKARLIĞI VƏ ÇEVİKLİYİ

 

Doğma Azərbaycanın axar-baxarlı bir diyarı var. Qədim sənətkarlar yurdu, gözəl təbiəti və adlı-sanlı insanları. Bu qəsəbənin yüzlərlə alimi, şairi, dövlət adamı, hərbiçisi, generalı biri-birindən mükəmməl sənətkarları var. Bura dağlar qoynunda yerləşən, daim xarici dövlətlərdən gəlib-gedəni olan qədim LAHIC qəsəbəsidir. Qonaq-qaralı məkandır. LAHIC haqqında kitablaryazılıb, sənədli filmlər çəkilib. Bu gün bunlar haqqında danışmayacağam, bu tamamilə başqa bir mövzudur…

Bu günlərdə eşitdiyim bir hadisəni diqqətinizə çatdırıram. Mən LAHIC qəsəbə tam orta məktəbini bitirmişəm. Kəndimiz bu qəsəbəyə yaxın yerləşir. Heç vaxt bu qəsəbədə narahatlıq, oğurluq hadisəsi eşidib, görməmişəm. İndi ahıl vaxtımdır, eşitdim ki, bu qədim qəsəbədə oğurluq hadisəsi baş verib. Qədim, olduqca suvenir, beş yüz, altı yüz il əvvəl, xüsusi naxışları olan mis avadanlıqlar, çox nadir tapıntılar oğurlanıb…

Elə bu hadisənin səhəri də eşitdim ki, İSMAYILLI RAYON POLİS ŞÖBƏSİNİN ƏMƏKDAŞLARI isti-isti cinayətin izinə düşərək, hadisəni törədənləri Bakı şəhərinin Əmircan qəsəbəsində yaxalayıblar…

Lahıcın hər evində bir dünya hikmət, ismət var. Bu qədim, nadir əşyaların sahibinə çatdırılmasına görə peşəkar, fədakar polis əməkdaşlarına alqış düşür. Polis əməkdaşlarının bu çevikliyi nə qədər sevindiricidirsə, oğruların işi də o qədər utanc gətirən hərəkətdir…

Bir ziyalı, ağsaqqal insan kimi özümə borc bildim ki, BAŞDA İSMAYILLI RAYON POLİS ŞÖBƏSİNİN RƏİSİ, POLİS POLKOVNİKİ ŞƏMŞİR KAZIMOV olmaqla əməliyyatda iştirak edən hər bir polis nəfərinə dərin minnətdarlıq edim. VAR OLASINIZ SÖYLƏYİM! BAXIN, BUDUR AZƏRBAYCAN POLİSİNİN HÜNƏRİ VƏ FƏDAKARLIĞI!!!

Gözü xalqın, başqalarının malında olanlar bir daha bilsinlər: Oğrunun yeri həbsxanadır.

Lahıc camaatı adından SİZƏ minnətdarlıq edirik, ŞƏMŞİR müəllim! Var olun!

Hacıməmməd Məmmədov,

İsmayıllı şəhər sakini

 

Şərh Yaz