Təltiflər və təbriklər  

2020-2021-ci tədris ili İsmayıllı rayonunun təhsil işçiləri üçün xeyli uğurlu olub. Çoxillik gərgin əmək fəaliyyətləri – gənc nəslin təlim-tərbiyəsi, layiqli vətəndaş yetişdirilməsi və təhsil sahəsində qazandıqları nəticələrə görə rayonun bir qrup müəllimi yüksək fəxri ad və təltiflərə layiq  görülüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam ilə İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin hərbi çağırışaqədərki hazırlıq fənninin müəllimi Manafov Əsgər Əmirxan oğluna Əməkdar müəllim fəxri adı, İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin coğrafiya müəllimi Ağayeva Əminə Bəxtiyar qızına “Tərəqqi” medalı verilib.

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin imzaladığı sərəncam əsasında isə İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi Gənciyev Şahin Şapur oğlu “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə, İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti, İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zeynalova Ülviyyə Cabbar qızı, A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin tarix müəllimi Vəliyeva Fatma Qərib qızı, 3 nömrəli məktəb-liseyin riyaziyyat və informatika müəllimi Kərimova Aynurə Aydın qızı və İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Jerebtsova Yekaterina Dimitriyevna Fəxri fərmanla təltif olunublar.

Təltif olunanların hər birini rayon ictimaiyyəti adından təbrik edir, fədakarlıqlarının bir nümunə olaraq bəyənilib artırılacağına inanırıq!

Əziz müəllimlər, sizə gələcək işlərinizdə daha böyük uğurlar arzu edirik!

İsmayıllı xəbərləri”

Şərh Yaz