Ümummilli liderin hakimiyyətə gəlişi                           

1993-cü ilin oktyabrın 3-ə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, Müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və ulu öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü Qüdrətli Azərbaycan Dövlətinin əsası qoyuldu.

Heydər Əliyev dövlət başçısı seçiləndən sonra Müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı surətdə sürətlənmişdi. İlk növbədə ölkədə sabitlik bərqərar olmuş, dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Belə bir dövürdə Azərbaycan xalqı öz canı, qanı bahasına əldə etdiyi müstəqilliyini qoruyub saxlamaq istəyirdi. Həmin dövrdə xalqın köməyinə çatmış Ulu Öndər öz xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlirdi.

Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Ulu öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi. O, idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslandırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenadan nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərin həllinə yönəlmişdir. Onun uğurlu xarici siyasət kursu nəticəsində Beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəxalq hüquq normaları əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir.

Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlmiş məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimayyətinin diqqətinə çatdırılmışdır. Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.

Müstəqil Azərbaycan dövləti bu gün Heydər Əliyevin uğurlu siyasəti əsasında dünya dövlərləri arasında öz mövqeyini qoruyub saxlayır.

Şərh Yaz